Beşillik fasilədən sonra yazdığı roman bestseller oldu

Beşillik fasilədən sonra yazdığı roman bestseller oldu
29 oktyabr 2026
# 11:00

Amerikalı yazıçı Sara C. Maasın yeni romanı pərəstişkarları arasında böyük ajiotaj yaradıb.

Kulis.az xəbər verir ki, müəllifin “A Court of Splintered Harmony” adlı kitabının təqdimatı ilə əlaqədar təşkil edilən tədbirlər üçün minlərlə insan növbəyə dayanıb.

Böyük Britaniyada yerləşən “The Spicy Librarian” kitab mağazasının təşkil etdiyi maskarada biletlər 13 dəqiqəyə tükənib.

Yeni roman Maasın “A Court of Thorns and Roses” fantastik seriyasının beş ildən artıq fasilədən sonra nəşr edilən davamıdır. Kitab oktyabrın 27-də satışa çıxarılıb. Bəzi mağazalar gecəyarısına qədər işləyib, xüsusi təqdimatlar və tematik tədbirlər təşkil edib. Oxucuların bir qismi kitabı alan kimi oxumağa başladığını, bəzilərinin isə bir neçə saat ərzində əsəri bitirdiyini bildirib.

Maasın əsərləri fantastika ilə romantikanı birləşdirən “romantasy” janrının populyarlaşmasında mühüm rol oynayıb. Müəllifin bir-biri ilə əlaqəli üç fantastik seriyası dünya üzrə 40 dildə 75 milyondan çox nüsxə satılıb. Janrın xüsusilə sosial şəbəkələrdə, o cümlədən TikTok-da populyarlaşması kitab bazarındakı təsirini daha da artırıb.

Yeni əsər dörd hissədən ibarət daha geniş hekayənin başlanğıcıdır. Seriyanın növbəti kitabının 2027-ci ilin yanvarında işıq üzü görməsi planlaşdırılır. Maasın kitabları ətrafında yaranan maraq göstərir ki, sosial şəbəkələrdə formalaşan oxucu icmaları ədəbiyyat bazarında satışları və hətta kitab mağazalarının iş rejimini dəyişəcək gücə malikdir.

# 120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər