14-cü Boğaziçi Film Festivalının münsiflər heyəti açıqlandı

14-cü Boğaziçi Film Festivalının  münsiflər heyəti açıqlandı
19 oktyabr 2026
# 13:40

Boğaziçi Mədəniyyət və İncəsənət Vəqfi tərəfindən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə noyabrın 8-dən 15-dək keçiriləcək 14-cü Boğaziçi Film Festivalının sənədli və qısametrajlı film müsabiqələrinin jüri üzvləri açıqlanıb.

Kulis.az xəbər verir ki, qalibləri müəyyənləşdirəcək heyətdə həm yerli, həm də beynəlxalq kino aləminin tanınmış mütəxəssisləri yer alır.

Sənədli film kateqoriyasında təqdim olunan ekran işlərini rejissor və prodüser Abdullah Harun İlhan, rejissor Bəhriyyə Qabadayı Dal və akademik-rejissor Musa Ak qiymətləndirəcək.

Qısametrajlı filmlər üzrə münsiflər heyətinə isə operator Əmrə Pekçakır, sloveniyalı-italyalı rejissor və ssenarist Martin Turk, eləcə də avstriyalı aktrisa Sarah Zaharanski daxildir.

Qeyd edək ki, müsabiqənin qalibləri noyabrın 15-də təşkil olunacaq təntənəli bağlanış mərasimində elan ediləcək.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər