"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan
31 oktyabr 2026
# 16:04

Stop-kadr animasiyasının ən maraqlı nümunələrini yaradan “Laika” studiyası yeni filmi ilə tamaşaçıları sehrli meşəyə aparır.

Kulis.az xəbər verir ki, Kolin Meloyun 2011-ci ildə nəşr olunmuş eyniadlı romanı əsasında çəkilən “Wildwood” animasiyası oktyabrın 23-dən kinoteatrlarda nümayiş olunur.

Film studiyanın indiyədək həyata keçirdiyi ən iddialı layihələrdən biri kimi təqdim edilir.

Süjetin mərkəzində qardaşını müəmmalı şəkildə qaçıran qarğaların ardınca sehrli meşəyə daxil olan Prue adlı yeniyetmə dayanır. O, təhlükəli və qeyri-adi varlıqlarla dolu dünyada qardaşını xilas etməyə çalışır.

Filmin istehsalı üçün 231 kukladan, əsas personajları təcəssüm etdirən 54 fiqurdan və 136 fərqli məkandan istifadə olunub. Bu rəqəmlər stop-motion texnikasının necə böyük əmək və səbir tələb etdiyini bir daha göstərir.

Ekran əsərinin səsləndirməsində Peyton Elizabet Li və Keri Malliqan kimi aktyorlar iştirak ediblər. “Coraline” və “Kubo and the Two Strings” kimi filmlərlə tanınan studiyanın yeni işi ənənəvi əl işi animasiyasının hələ də öz sehrini qoruduğunu xatırladır.

# 113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər