İlon Mask haqqında sənədli film ətrafında qalmaqal

İlon Mask  haqqında sənədli film ətrafında qalmaqal
13 oktyabr 2026
# 12:30

İlon Maskın həyatına və fəaliyyətinə həsr olunan yeni sənədli film beynəlxalq yayım məsələsi ilə gündəmə gəlib.

Kulis.az xəbər verir ki, filmin rejissoru Aleks Cibni “Universal Pictures” şirkətinin ekran əsərinin xarici ölkələrdə nümayişi məsələsində tərəddüd etdiyini bildirib.

Rejissor bunun dünyanın ən varlı şəxslərindən biri haqqında çəkilən filmin hazırkı siyasi mühitdə problem yaradacağı ehtimalı ilə bağlı ola biləcəyini deyib. Şirkət isə əvvəlki açıqlamasında filmin yayım planlarının dəyişmədiyini vurğulayıb.

Təxminən 3 saat 45 dəqiqə davam edən “Musk” sənədli filmində sahibkarın siyasi mövqeləri, “Tesla”nın özünü idarə edən avtomobilləri ətrafındakı mübahisələr və onun şəxsi həyatı araşdırılır. Mask özü filmdə iştirak etmir. Rejissor onunla müsahibə almağa çalışsa da, buna nail olmadığını açıqlayıb.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər