Fələstin haqqında film tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

Fələstin haqqında film  tarixi yaddaş uğrunda mübarizəyə çevrildi
13 oktyabr 2026
# 13:30

Fələstinli rejissor Kamal Əl-Cəfərinin “A Fidai Film” sənədli ekran əsəri arxiv görüntülərini tarixi yaddaş və müqavimət vasitəsi kimi təqdim edir.

Kulis.az xəbər verir ki, filmdə dağıdılmış evlərin, zorakılığa məruz qalan uşaqların və həlak olmuş insanların görüntülərindən istifadə olunur.

Rejissor bu materialları fələstinli müəlliflərin şeirləri ilə birləşdirərək hadisələrə fərqli baxış təqdim etməyə çalışır.

Ekran əsərinin əsasını vaxtilə Beyrutdakı Fələstin Araşdırmaları Mərkəzində saxlanılan arxiv materialları təşkil edir. 1982-ci ildə Livandakı müharibə zamanı ələ keçirilən həmin materialların böyük hissəsinin sonrakı taleyi ilə bağlı qeyri-müəyyənlik qalır. Əl-Cəfəri görüntülər vasitəsilə təkcə keçmişi sənədləşdirmir, həm də tarixin necə qorunduğu, dəyişdirildiyi və təqdim olunduğu barədə suallar yaradır.

Film oktyabrın 16-dan “True Story” platformasında yayımlanacaq.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər