Zvyaqintsevin adı Rusiyanın "qara siyahı"sında - Səbəb

Zvyaqintsevin adı Rusiyanın "qara siyahı"sında - Səbəb
18 sentyabr 2026
# 18:40

Məşhur rus rejissor Andrey Zvyaqintsev Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agentlər" siyahısına daxil edilib.

Kulis.az xəbər verir ki, kinematoqrafçının adı artıq qurumun müvafiq reyestrində yer alıb.

Əsas məqam odur ki, rejissorun adı "qara siyahı"ya onun "Minotavr" filminin Fransa tərəfindən "Ən yaxşı beynəlxalq film" kateqoriyasında "Oskar" mükafatına rəsmi namizəd göstərilməsindən cəmi bir gün sonra salınıb.

Qeyd edək ki, Zvyaqintsev 2022-ci ildən etibarən Rusiyanı tərk edərək Fransada yaşayır.

19 may 2026-cı ildə 79-cu Kann Kino Festivalında premyerası baş tutan "Minotavr" filmi festivalın əsas mükafatlarından olan Qran-prini, eləcə də "Ən yaxşı saundtrek" mükafatını qazanıb. Ekran işi Şarl Jiliberyanın "CG Cinéma" və "MK Productions" fransız şirkətləri ilə müştərək istehsal olunub.

Xatırladaq ki, ötən il də Fransa oxşar addım ataraq iranlı rejissor Cəfər Pənahinin Kann Kino Festivalında "Qızıl palma budağı" qazanan və "Oskar"a namizəd göstərilən "Bu, sadəcə təsadüf idi" filmini ölkənin rəsmi namizədi kimi irəli sürmüşdü.

Andrey Zvyaqintsev kimdir?

Andrey Zvyaqintsev (Andrey Zvyagintsev) — müasir Rusiya kinosunun beynəlxalq səviyyədə ən çox mükafat qazanan və nüfuzlu kinorejissorlarından biridir. O, "Qayıdış", "Sürgün", "Yelena", "Leviafan" və "Sevgisizlik" kimi şedevrləri ilə Kann, Venesiya və digər böyük kino festivallarında ən ali mükafatlara layiq görülüb, eləcə də dəfələrlə "Oskar"a namizəd olub. Rejissorun əsərləri sosial reallıqlara kəskin tənqidi yanaşması ilə seçilir. Son illərdə siyasi mövqeyinə və müharibə əleyhinə çıxışlarına görə ölkəsindən mühacirət edərək fəaliyyətini Fransada davam etdirir.

# 351 dəfə oxunub

Oxşar xəbərlər

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
"Beş ildir ki, veyil-veyil gəzir" - Repressiya kölgəsində filmlər çəkən rejissor

"Beş ildir ki, veyil-veyil gəzir" - Repressiya kölgəsində filmlər çəkən rejissor

11:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər