Meyxanaçının İmam Hüseyndən bəhs edən romanına film çəkildi VİDEO

Meyxanaçının İmam Hüseyndən bəhs edən romanına film çəkildi VİDEO
2 noyabr 2015
# 11:53

Oktyabrın 30-da “Bağışla, gələ bilmədim” filminin təqdimatı keçirilib. “Qafqazinfo”nun məlumatına görə, qısametrajlı filmin ssenari müəllifi tanınmış meyxanaçı Aqşin Fatehdir. Quruluşcu rejissorları Faiq Kərimoğlu və Ramin Asimoğlu olan “Bağışla, gələ bilmədim”dəki hadisələr 7-ci əsrdə, Şamda baş verir.

Şəhər ətrafındakı zindanların birində saxlanılan dustaqlar aralarına təzə qoşulmuş şəxslər vasitəsilə İmam Hüseynin ölümündən xəbər tuturlar. Bundan sonra zindan nəzarətçisinin köməyi ilə üsyan edən dustaqlar xəlifə Yezidin əsgərlərinə qalib gələrək xeyli itki verirlər. Həmin mübarizədən isə yalnız 5 dustaq sağ çıxır. Onların qarşısını yenə də Yezidin qoşunu kəsir.

Filmdə xalq artisti Rasim Balayev, məşhur aktyorlar Namiq Ağayev, Şamil Süleymanlı, Təvəkkül Əliyev, Kamran M. Yunis çəkiliblər. Bundan başqa ekran işində Hacı Şəhriyar Məcidi və Aqşin Fatehin özü də rol alıb.

Filmi təqdim edirik.

# 3251 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər