“İngilis dedi ki, “Nabat” həyatımı alt-üst etdi”MÜSAHİBƏ

“İngilis dedi ki, “Nabat” həyatımı alt-üst etdi”<span style="color:red;">MÜSAHİBƏ
16 sentyabr 2014
# 11:00

Azərbaycan filmi "Nabat" Venesiya Festivalının "Orizzonti" proqramında nümayiş olunub. Filmin rejissoru Elçin Musaoğlu festival təəssüratlarını Kulis.Az-la bölüşüb.

- “Nabat” filminin dünya premyerası necə keçdi?

- Premyera çox yaxşı keçdi. Mətbuat nümayəndələri filmə əvvəlcədən baxmışdı. Filmin rəsmi olaraq göstərildiyi gün, titrlər gedəndə tamaşaçılar bizi ayaq üstə bir neçə dəqiqə alqışladılar. Sonra baxdım ki, qadınlar gözüyaşlı aktrisanı qucaqlayırlar. Yəni reaksiyalar gözlənilməz oldu. Müxtəlif ölkələrin jurnalistləri müsahibələr alırdılar. Bir polyak jurnalist vardı, Anna. O, mənə dedi ki, inanırsız, Konçalovskinin filminin müzakirəsində jurnalistlər daha çox “Nabat” filmindən danışırdılar. Dedi ki, bu filmi əsas müsabiqədə görməyi çox istərdik . Amerikanın “The Huffington Post” saytının jurnalisti Nina Rothe dedi ki, filmə sakit baxa bilmədim, ancaq bitəndə özümə gəldim. Bir ingilis jurnalisti isə filmin həyatını alt-üst etdiyini dedi . Yəni ümumən reaksiyalar yaxşı idi. Amerikada yaşayan məşhur İran rejissoru Amir Naderi də “Nabat”a gəlmişdi. O, baş rolun ifaçısı Fatimə Motamed Aryanın dostudur. Filmi çox sevdi. Onun ssenarisini yazdığı film də müsabiqədə idi. Naderi italyanların sifarişi ilə ssenari yazır.

- Tənqidi qeydlər oldumu?

- Orda heç kəs filmlə bağlı tənqid demir axı. İstəyən çıxır gedir. Amma bizim filmdə tamaşaçı getmədi. Amma o biri filmlərdə olmuşdu, tamaşaçılar ya nümayişkaranə şəkildə gedirdi, ya da yatırdılar. “Orizzonti” bölməsində göstərilən hind filmini təriflədilər. Chaitanya Tamhanenin “Məhkəmə” filmini. Baxdım, adi idi əslində.

- Ənənəvi rejissura idi?

- Bizim bildiyimiz ənənəvi hind filmi deyildi, amma Satyacit Ray da deyildi. Film məhkəmə prosesindən bəhs edir, hakimin, müttəhimin, vəkilin bir neçə günlük həyatı təsvir edilib. Zal yatmışdı. Ritmi aşağı idi filmim. Amma əsaslandırılmamış aşağı ritm idi. Sonluq heç nə demirdi. Ona iki mükafat verdilər. Ən yaxşı debüt və ən yaxşı filmə görə. Sponsorların adətən tələbi belə olur ki, gənclərə dəstək məqsədilə imkan yaradılsın.

- Mətbuat konfransında jurnalistləri daha çox hansı suallar maraqlandırırdı?

- Birinci sual o idi ki, Azərbaycan kinosu haqda heç nə bilmirik, tanıdın bizə. Sonra sual verildi ki, canavar nəyi ifadə edir? Canavar Nabatın alter eqosudur. Bununla həm də harmoniyanı göstərmək istəmişəm. İnsan təbiətsiz mövcud ola bilməz. Bir də mənim ifadəm vardı ki, dünyanı idarə etmək üçün analara vermək lazımdır, onunla bağlı sual verildi. Son zamanlar doğrudan da belə düşünürəm. Ümumən mətbuat konfransında filmə sevgi hiss elədim. Müsbət enerji aldıqlarını dedilər, baxmayaraq ki, Nabatın həyatı, yaşantıları ağır idi.

- Festivalda təəssürat necə idi və proqramlara daxil olan filmlərə baxdınızmı?

- Təşkilatçılıq aşağı idi. Yəni iştirakçılar üçün az bilet ayrılmışdı, növbə çox idi, ona görə çoxunu izləyə bilmədim. A kateqoriyasına aid olan başqa festivallarda da olmuşam. Məsələn, “Karlovı Varıda” təşkilati məsələlər daha yüksəkdir. “Venetsiya” sponsorlardan asılıdır, görünür, böhrana görə maliyyə az ayrılıb. Festivallara maliyyə lazımdır.

Möhsün Mahmalbafın filmindən isə yarımçıq çıxdım. Zəif idi.

Təəssürat istənilən halda yaxşıdır, görürsən, tanış olursan, əlaqə yaradırsan. Bir də 6 il böyük fasilədir. “40-cı qapı”dan sonra 6 il çəkmədim. Özümə də, başqa rejissorlara da arzulayıram ki, bir neçə illik fasilədən sonra gərək çəksinlər, ad yaddaşda qalsın. Bilirəm ki, “Nabat” çox adamın yaddaşında qalacaq. Deyirdilər ki, yeni film gözləyirik.

- Xarici ölkələrdən bu filmlə maraqlanan oldumu?

- Bir neçə ölkə filmi almaq haqda müqavilə imzalayacaq distribyutorla. İsveçrə, Fransa və başqa ölkələr.

-“Nabat” daha hansı festivallara dəvət alıb?

- Çikaqo, Qoa, Tokio, San-Paulu festivallarına. Artıq oktyabrdan başlayır. “Nabat” bu festivalların əsas müsabiqəsinə düşüb. Milan, Roma festivallarına da dəvət alıb.

# 6933 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər