Filmlərdəki bu səhnələr hamımızı aldadıb – 12 FAKT

<b>Filmlərdəki bu səhnələr hamımızı aldadıb</b> – <span style="color:red;">12 FAKT
10 yanvar 2018
# 13:30

Kulis.az məşhur filmlərdə göstərilən, lakin reallıqla üst-üstə düşməyən 12 faktı təqdim edir.

Mif: Xloform insanı həmin bir neçə saatlığa yatızdıra bilər.

Həqiqət: Bir insanın özündən getməsi üçün xloformu ən azı 5 dəqiqə qoxlaması lazımdır. Belə olmayanda insanın özündən getməsi qeyri-mümkündür.

Mif: Qumbaranın fitilini ən dramatik yerdə dişlərinlə çıxarmaq.

Həqiqət: Əgər insan dişləri ilə qumbaranın fitilini çıxarmaq istəsə dişsiz qalardı.

Mif: İtmiş adamın axtarışını polisə bildirmək üçün 24 saat gözləməlisən.

Həqiqət: Əgər siz yaxın birinizi tapa bilmirsizsə, ciddi şübhələriniz varsa, dərhal polisə müraciət etməlisiniz.

Mif: Asteroidlər kosmosda sıxılmış halda hərəkət edirlər.

Həqiqət: Əslində isə asteroidlərin arasında kilometrlərlə vakuum var.

Mif: Filmdə baş qəhrəmanın iki silahla atəş açması çox cəlbedici görünür.

Həqiqət: Əslində iki əllə silahdan nişan almaq haradasa mümkün deyil.

Mif: Boğulan insanlar bərkdən qışqırır və əllərini lap yuxarı qaldırırlar.

Həqiqət: Əslində isə boğulan insanları görmək çox çətinindir.

Mif: Məhkəmə ekspertizası tezliklə bütün cavabları tapır və hətta cinayəti belə ortaya çıxarır.

Həqiqət: Məhkəmə ekspertizası yalnız sübut tapmağa kömək edir.

Mif: Səsboğucu silah tamam səssiz olur.

Həqiqət: Doğrudur, səsboğucu silahdan səs-küyü yatırır, amma yenə də silahdan səs gəlir.

Mif: Bir güllə ilə kilidi açmaq.

Həqiqət: Balaca bir güllənin böyük kilidi açması mümkün deyil.

Mif: Polis bir dəqiqəlik telefon danışığı ilə iz tapa bilər.

Həqiqət: Əslində isə bunun üçün saatlarla vaxt lazımdır.

Mif: Paraşütlə düşən iki nəfər göyün üzündə rahatca söhbət edə bilər.

Həqiqət: Ancaq iki dost heç vaxt küləyin səsindən bir-birini eşitməyəcək.

Mif: Dayanmış ürəyə defibrillyatorla kömək etmək olar.

Həqiqət: Ürək dayanıbsa defibrillyator onu təzədən oyada bilməz.

# 2662 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər