Müşfiq Hətəmovdan açıqlama gəldi: “Mən demişəm ki...”

Müşfiq Hətəmovdan açıqlama gəldi: <span style="color:red;">“Mən demişəm ki...”
19 dekabr 2017
# 12:31

Xəbər verdiyimiz kimi Türkiyədə keçirilən Antakya Beynəlxalq Film Festivalında “Üçüncü günün adamı” filmindəki roluna görə qalib olan aktyor Hikmət Rəhimov sosial şəbəkədə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova sərt sözlər yazıb.

Məsələ ilə bağlı Kulis.az-a açıqlama verən Müşfiq Hətəmov bunları söyləyib: “Mən həmişə Hikmət Rəhimova bir aktyor kimi də, bir insan kimi də böyük hörmətlə yanaşmışam və əlimdən gəldiyi qədər dəstək vermişəm. O, sadəcə festivalda qeydiyyat prosesini yaxşı bilmədiyi üçün bizi günahlandırır. Guya mükafat alıb, biz gətirib vermirik. Halbuki festival prizi bir ay müddətinə özü göndərir.”

M.Hətəmov aktyorun toxunduğu digər mətləblərə də aydınlıq gətirib: “Bəzi fikirlər də var ki, guya Hikmət Rəhimovu ora dəvət ediblər, biz maliyyə ayırmamışıq. Halbuki festival qaliblərinin ora getməsini festival özü maliyyələşdirir. İstisna hallarda bu xərcin bir qismini studiya ödəyir.”

“Ona mükafatı mən almışam ifadəsini işlətmisinizmi?” – sualına gəlincə M.Hətəmov deyib: “Elə deməmişəm. Mən demişəm ki, filmi festivallara göndərmək, prokatını təşkil etmək prodüserin işidir. Mükafat Hikmətin halal haqqıdır.”

Kinostudiyanın rəhbəri H.Rəhimovun Facebook profilində yazdığı yerlibazlıq söhbətinin də tamamilə yanlış olduğunu bildirib: “Mən belə sözlər deməmişəm”.

# 2183 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər