KANN-da yarışacaq filmlər elan edildi-SİYAHI

KANN-da yarışacaq filmlər elan edildi-<span style="color:red;">SİYAHI
14 aprel 2017
# 11:36

Kann Kinofestivalının təşkilatçıları Qızıl Palma uğrunda yarışacaq filmlərin siyahısını açıqlayıblar. Kulis.azın festivalın rəsmi saytına istinadən verdiyi xəbərə görə bu il siyahıda 19 film var.

Festival Arno Depleşenin “İsmayılın kabusları” filmi ilə açılacaq. Filmdə Marion Kotiyar, Şarlotta Qensbur və Lui Qarrel çəkiliblər.

Müsabiqənin əsas filmləri isə bunlardır:

Rejissor Robin Kampillo, “Dəqiqədə 120 zərbə” (120 battement par minute)

Rejissor Sofiya Koppola, “Başdan çıxarılan” (The Beguiled)

Rejissor Hon San-Su, “Növbəti gün” (The day after)

Rejissor Sergey Loznits, “Qısa” (A Gentle Creature)

Rejissorlar Ben Sefdi, Coşua Sefdi, “Yaxşı vaxtlar” (Good time)

Rejissor Mixail Haneke, “Xoşbəxt sonluq, Avstriya” (Happy end)

Rejissor Fatih Akın, “Solğun” (İn the fade)

Rejissor Kornel Mundruso, “Yupiterin peyki” (Jupiters moon)

Rejissor Yorqos Lantimos, “Müqəddəs maralın qətli” (The killed of a sacred deer)

Rejissor Fransua Ozon, “İkiqat sevgili” (Lamant double)

Rejissor Mişel Xazanaviçus, “Qəzəbli” (Le Redoutable)

Rejissor Andrey Zvyagensev, “Sevgisizlik” (Loveless)

Rejissor Noa Baumbak, “Mayrovis ailəsinin tairxçəsi” (The Meyerowits stories)

Rejissor Pon Cun-Xo, “Okça” (Okja)

Rejissor Naomi Kavase, “İşıq” (Radiance)

Rejissor Jak Duayon, “Roden” (Rodin)

Rejissor Todd Heyns, “Möcüzələrlə dolu dünya” (Wonderstrukc)

Rejissor Linn Remsi, “Sən heç vaxt burda olmamısan” (You were never really here)

“Xususi baxış” proqramını Fransua Mayte Amalrikin “Barbara” filmi ilə açılacaq. Bu bölmə çərçivəsində Kiesi Kurosavanın, Mişel Frankonun və Sercio Kastellitonun filmləri də nümayiş olunacaq.

70-ci Kann festivalı 17-28 may tarixlərində keçiriləcək.

# 2059 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər