Kukla Teatrı beynəlxalq festivalda çıxış edəcək

Kukla Teatrı beynəlxalq festivalda çıxış edəcək
18 aprel 2018
# 17:01

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Zəng” mono tamaşası ilə İranın Məşhəd şəhərində keçiriləcək “Jigi-Jigi” Beynəlxalq Performans və Sənət Festivalında çıxış edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival aprelin 22-dən 30-dək davam edəcək.

Teatrlar, yaradıcı şəxslər, sənət adamları arasında mədəni əməkdaşlıq körpüsü yaratmaq, müxtəlif sənət cərəyanlarının bir səhnədə heç bir maneəsiz nümayişinə nail olmaq, beynəlxalq miqyasda teatr mübadiləsini təmin etmək məqsədilə baş tutacaq festivalda Azərbaycanla yanaşı 10-dan artıq ölkənin teatr təmsilçiləri iştirak edəcək.

Festivalda tamaşa nümayişləri ilə yanaşı seminarlar və ustad dərslərinin təşkili də nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq səfərə fəxri qonaq qismində dəvət olunan teatrın direktoru, əməkdar mədəniyyət işçisi, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə mərkəzin son 5 ilki fəaliyyəti ilə bağlı festival iştirakçıları qarşısında çıxış da edəcək.

Festivalda ölkəmizi təmsil edəcək tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.

# 2733 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər