Zvyaqintsev çəkəcəyi yeni filmdən danışıb

Zvyaqintsev çəkəcəyi yeni filmdən danışıb
5 sentyabr 2019
# 18:15

Tanınmış rus kinorejissoru Andrey Zvyaqintsev yeni filmə hazırlaşır.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, filmin çəkilişləri 2020-ci ilin yazında baş tutacaq. Hazırda ssenari üzrində iş gedir.

Adı hələ bəlli olmasa da, yeni filmdə əsas qəhrəmanın uğurlu karyerası, Aralıq dənizi sahilində gözəl evi, ailəsi olan, orta yaşlı, təmin olunmuş biri olduğu söylənilir.

“Biz hər kəsi narahat edən hər kəsə aid olan və danışılması ayıb olan bir məsələ haqqında yeni film çəkirik” –deyə rejissor açıqlama verib.

Xatırladaq ki, Andrey Zvyaqintsevin debüt filmi olan “Qayıdış” Venesiya festivalının “Qızıl şir”inə, “Yelena” və “Sevgisizlik” filmləri Kann festivalında jürinin xüsusi mükafatəına, “Leviafan” filmi isə həmin festivalda “ən yaxşı ssenariyə” görə mükafata layiq görülüb.

# 3359 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər