“Gənclik-İstanbul”un qalibləri bəlli oldu

“Gənclik-İstanbul”un qalibləri bəlli oldu
30 noyabr 2015
# 15:41

Bu gün “Qlobal Problemlərin Həllində Gəncliyin Kreativliyi” mövzusunda keçirilən “Gənclik-İstanbul” adlı “Beynəlxalq film müsabiqəsi”ndə qalib gələn filmlərin təqdimatı və yaradıcı heyətlərinin təntənəli mükafatlandırma mərasimi keçirilib. Kulisin məlumatına görə müsabiqə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) təşkilatçılığı ilə keçirilib.

İKGF və Boğaziçi Beynəlxalq Film Dərnəyinin nümayəndələrindən ibarət jüri finala qədər yüksəlmiş 10 ölkəni təmsil edən 12 filmdən ən peşəkar və üstün 4 filmi qalib olaraq seçiblər.

Aşağıdakı filmlər və onların rejissorları qalib elan olunmuşlar:

1-ci yer Ahmet Bikic “Ana” (Türkiyə)

2-ci yer Güzel Osmanova “Özünə inan” (Tatarstan, RF)

3-cü yer Damiel Hernandez “Niyə?” (Ispaniya)

Xüsusi mükafat Soheil Sadeghi “Gözəl şəhər” (İran)

Xatırladaq ki, İƏT Gənclər Forumu tərəfindən İstanbul şəhərinin 2015-ci il üçün “İslam dünyası Gənclik Paytaxtı” elan edilməsi ilə bağlı silsilə tədbirləri çərşivəsində 3 ay bundan əvvəl sözügedən müsabiqəyə start verilib. Keçən müddət ərzində Kambocadan tutmuş Komor adalarına qədər İran, İsveç, Hindistan, Çin, Braziliya, Fransa, Türkiyə, İspaniya, Litva, Fələstin kimi ölkələr daxil olmaqla 57 ölkədən müsabiqəyə 859 film göndərilmişdir. Müsabiqəyə göndərilən filmlər “qaçqınlar”, “zorakılıq və terrorizm”, “gəncliyin iştirakı”, “qloballaşma və etnik çağırışlar” və s. mövzulara uyğun olub. Finalçılar siyahısına düşmüş 12 film eyni zamanda Boğaziçi Film Festivalı çərçivəsində 21 və 24 noyabr tarixlərində İstanbulda nümayiş etdirilib.

Mükafat alan filmlər İKGF-nin Youtube ve Facebook kanallarında da yayımlanacaq.

www.facebook.com/oic.youth
www.youtube.com/OICYouth

# 3581 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər