“Qanun”la “Əli və Nino”ya təklifim var”

“Qanun”la “Əli və Nino”ya təklifim var”
3 iyun 2015
# 11:00

Kulis son günlər mətbuatın gündəmindən düşməyən “Əli və Nino” kitab mağazalarının yerli müəlliflərə yaratdığı süni əngəllər mövzusuyla bağlı tanınmış yazar Vahid Qazinin açıqlamasını təqdim edir.

Anladığım qədər belə bir problem yalnız “Əli və Nino” kitab mağazalarında yaşanır. Mağaza əsasən “Qanun” nəşriyyatının kitablarına üstünlük verir. Mən buna anlayışla yanaşıram. İki biznes strukturu arasında anlaşma var. Mağaza yalnız bir nəşriyyatın kitablarını satır, satsın. Bunu açıq elan eləsələr, hamı başa düşər, bu qədər gərginlik yaşanmaz. Amma yerli müəllifləri ikinci sort yazar kimi aşağılamağa heç kimin haqqı yoxdur, ədəbiyyatdan uzaq adamın isə heç yoxdur. Kitab oxunmamasının səbəbini yazıçıda axtarmaq problemin kökündən xəbərsiz olmaq deməkdir. Kitabından pul qazandığın yazarı təhqir eləmək yediyin qaba tüpürmək kimidir. Nigar xanımın belə təhqirinə görə hələ iki il öncə iki məqalə yazmağa məcbur oldum. Təkrara ehtiyac duymuram. Bloqumda durur, həvəsi olan oxuya bilər.

Azərbaycanda rusdilli oxucuların fəallığı yeni söhbət deyil. Nigar Köçərlinin son açıqlamasından anladım ki, “Əli və Nino”da satılan kitabların 65 faiz alıcısı rusdilli oxuculardır. “Qanun” nəşriyyatına və “Əli və Nino” kitab şirkətinə rusca kitabımı təklif edirəm. MKM-in son müsabiqəsində favorit kitablardan sayılıb. “ЧАМАЙРА. Кубинская тетрадь” adlı kitaba Kubaya səfərlər zamanı rastlaşdığım olaylardan bəhs edən yazılar, həmçinin ondan artıq hekayə, esse daxildir. Kitabdakı yazıların hamısını bu gün Azərbaycanda ruscaya ən yaxşı çevirənlərdən biri, bəlkə də birincisi sayılan Nicat Məmmədov tərcümə edib. Tərcüməyə, redaktəyə və korrekturaya xərcləri çıxmayacaq. Özümə də qonorar istəmirəm. Satışdan əldə olunan gəlir hesabına istedadlı gənc yazarların bir kitabını nəşr edərik. Buyurun, sübut edin görək həqiqətənmi rus dilində kitab bizim dilimizdəkindən çox satılır?!”

# 2527 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər