“Şanlı vətən” tamaşası nümayiş etdirilib

“Şanlı vətən” tamaşası nümayiş etdirilib
30 mart 2019
# 16:36

Bu gün Şəhriyar adına Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə hazırladığı “Şanlı vətən” tamaşası nümayiş etdirilib.

ONA-nın məlumatına görə, tamaşa Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak işğalından azad edilməsi, Azərbaycan-Türkiyə dostluğu, böyük dövlət xadimi Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə dostluğunun möhkəmləndirilməsi sahəsində rolundan bəhs edir.

Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəliyev, quruluşçu rəssamı Rafiq Abdullayevdir. Tamaşada Əhməd Cavad, Şükrüyyə, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Nəsib Bəy Yusifbəyli, Nuru Paşa, Nəriman Nərimanov kimi tarixi obrazlar canlandırılır.

Tamaşadan öncə çıxış edən polkovnik Abdulla Qurbani Azərbaycan təhlükəsizlik orqanlarını da 100 illiy münasibəti ilə təbrik edib.

Azərbaycanlılara qarşı 1918-ci il martın 31-də törədilən soyqırımdan danışan A. Qurbani deyib ki, azərbaycanlılara qarşı etnik soyqırım və təmizləmənin 200 il yaşı var: “İran və Türkiyədən qovulan ermənilər Azərbaycan torpaqlarında məskunlaşandan sonra Göyçə, Zəngəzur, İrəvan, Qarabağ problemlərinin əsası qoyulub. Rusiya həmişə erməni amilindən bir siyasi alət kimi istifadə edib. Ermənilər həmişə Böyük Ermənistan yaratmaq ideyası ilə yaşayıblar. Buna görə zaman-zaman Şərqi Anadolu, Cənubi Azərbaycan, Göyçə, Zəngəzur və Qarabağda günahsız azərbaycanlılar qətlə yetirilib, etnik təmizləməyə məruz qalıb. Biz düşmənlərimizi tanımalıyıq. Hər qışın bir yazı var. 31 martda azərbaycanlılara qarşı törədilən soyqırımı qeyd edəcəyiksə, aprelin 1-də isə aprel qələbəsinin üçüncü ildönümü qeyd olunacaq”.

A. Qurbani 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımda fəal iştirak etmiş erməni daşnaklarından bəhs edib.

Daha sonra “Şanlı vətən” tamaşası nümayiş etdirilib.

# 2685 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər