Teatr direktoru 20 min manat cərimələndi

Teatr direktoru 20 min manat cərimələndi
28 yanvar 2015
# 10:12

Şuşa Teatrının direktoru Yadigar Muradovun “Oda” Teatrının direktoru, jurnalist Elmin Bədəlova və “Oda” Teatrına qarşı açdığı məhkəmə iddiasına yanvarın 16-da baxılıb və yekun qərar verilib.

Bu barədə Elmin Bədəlov özü məlumat verib: “Məhkəmədən mənə bildirdilər Yadigar Muradovun mənə və “Oda” Teatrına qarşı qaldırdığı iddia təmin edilib. Ancaq onlar iddianın qismən, yaxud tam təmin olunduğu barədə heç bir məlumat vermədilər. Məhkəmə ekspertizasının rəyi mənim xeyrimə idi, lakin hakim əleyhimə qərar çıxarıb. Üstəlik də hakim mənə telefonda deyir ki, biz məhkəmənin hansı qərar çıxardığı barədə sizə məlumat verməyə borclu deyilik. Halbuki bu mənim və teatrım haqqında qərardısa, bu qərardan xəbər almaq haqqım, hüququm var. Üstəlik məhkəmə qərarı bizə verilmir ki, qərardan apelyasiya şikayəti verək”.

Qeyd edək ki, proses Biləsuvar Rayon Məhkəməsində hakim Azər Səmədovun sədrliyi ilə keçirilib. Yadigar Muradov Elmin Bədəlovu bir neçə ay bundan öncə Elitar.Az saytında yayımlanan yazıya görə məhkəməyə verib və ondan 20.000 AZN tələb edir, eyni zamanda şərəf və ləyaqətinin təhqir olunduğunu deyir. Bir neçə ay sonra həmin iddiaya “Oda” Teatrının da adı əlavə olunub.

# 2083 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər