Onlardan biri hamilə qadındır

Onlardan biri hamilə qadındır
21 sentyabr 2013
# 07:30

Kulis.Az yeni layihəyə başlayır. “Baxılası 50 film” layihəsində dünya kino tarixinin möhtəşəm filmlərindən danışılacaq. Budəfəki yazı Amerika rejissoru Con Fordun “Dilincan” filmi haqqındadır.

Amerikalı rejissor Con Ford (1894-1973) 50 illik fəaliyyəti zamani 130-a yaxın film ekranlaşdırıb. “Vesternlər kralı” adlanan Ford müxtəlif kinojanrlarda işləyib. Rejissurasna görə 4 Oskar almış (“Xəbərçi”, “Sakit adam”, “Mənim vadim o qədər yaşıl idi ki...”, “Qəzəb salxımları”) yeganə adamdır.

1939-cu ildə lentə aldığı “Dilican” ( dilican- dördtəkərli minik arabası, filmin orijinal adı: “Stagecoach”) filmi ilə Con Ford vestern janrına yeniliklər gətirdi.

Əvvəla bu, Monument Vadisində (Amerikanın milli simvollarından biri sayılır) çəkilmiş ilk vesterndir.

O illərdə filmlərin çoxu pavilyonlarda, süni landşaftlarda çəkildiyi vaxtda Ford təbii fona üstünlük verdi. Üstəlik, prodüserin tələblərinə baxmayaraq ulduz aktyorları çəkməkdən imtina etdi. Filmi vestern janrına xas olmayan psixologizmlə yüklədi, onu yüngül maneradan, macəraçılıqdan çıxartdı.

Film vestern janrının klassik nümunələrindən sayılır. Məhz “Dilican”dan sonra “B” kateqoriyasına enmiş vestern janrının nüfuzu qayıtdı.

Orson Uellesin dediyinə görə, o, bu filmə dəfələrlə baxaraq kino çəkməyi öyrənib.

Film həm də yapon rejissoru Akira Kurosavanın yaradıcılığına təsir edib.

“Dilican” İnqmar Berqmanın və Umberto Ekonun sevdiyi sevdiyi filmlərəndir.

Qısa məzmun:

XIX əsrin sonu. Dilicanda bir neçə adam şəhərcikdən Nyu Meksikoya yola düşür. Hər obraz simvolik məna daşıyır: qorxaqlıq, xeyirxahlıq, haram, humanizm, əxlaqsız, hamilə qadın.

Filmə burdan baxa bilərsiz.

# 5445 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər