Bunları etmək olmaz

Bunları etmək olmaz
12 iyun 2014
# 07:30

Şəhərin kinoteatrlarına sevdiyiniz film gəlib. Sevinə-sevinə bilet alıb filmə baxmağa gedirsiz. Lakin müxtəlif səbəblərdən gözlədiyiniz təəssüratı yaşaya bilmirsiz. Bu səbəblər hansılardır? Kulis.Az kinoteatrdan soyudan 15 səbəbi təqdim edir.

Dayanmadan film haqqında sula verən zəvzək tiplər.

Hər səhnədə bir nöqsan tapan, qulpqoyanlar.

Kinoteatrdan yataq otağı kimi istifadə edən tiplər.

“Mən sənə bunu demişdim, bax bunu da bildim, özüm ölüm, elə bil filmi mən çəkmişəm” deyən tiplər.

Kinoteatrda o qədər boş yerləri qoyub gəlib sizin yanınızda oturan tiplər.

İlk dəfə 3D-yə baxan tiplər: “Vay dədə, elə bil həqiqidi, qaç-qaç, indi üstünə gələcək.”

Yeri gəldi-gəlmədi hər səhnəyə qəhqəhə çəkib gülən tiplər.

Hər səhnəyə həddindən artıq reaksiya verən yeniyetmə tiplər.

Kinoteatra niyə gəldiyi məlum olmayan, elə hey telefonla oynayan, mesajlaşan tiplər.

Dayanmadan nəsə yeyən tiplər.

Hələ bu azmış kimi evindən yeməli şeylər gətirən tiplər.

Kinoteatrı evi zənn edib qorxulu səhnələrdə qışqırıb-bağıran tiplər.

Dayanmadan asqıran, öskürən, burnunu çəkən xəstə tiplər.

Hər səhnəyə ağlayan, həddindən artıq həssas tiplər.

Ağzını marçıldada-marçıldada nəsə yeyən, saqqız çeynəyən tiplər.

# 4517 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər