“TRT Belgesel”in hazırladığı filmdə Qarabağ şəhidləri yad edildi

“TRT Belgesel”in hazırladığı filmdə Qarabağ şəhidləri yad edildi
13 fevral 2026
# 17:00

Türkiyədə hazırlana yeni sənədli film soydaşımız, “TRT TÜRKÜ” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı Səidə Ömərin baxış bucağından təqdim olunub.

Kulis.az xəbər verir ki, “TRT Belgesel” kanalı tərəfindən yeni layihəyə start verilib.

Hazırlanan layihə çərçivəsində Türkiyə üzrə çəkiliş üçün beş məscid seçilib, ilk film isə İstanbulun Eyüpsultan Məscidinə həsr edilib. Şəhərin ən qədim tarixi məkanı kimi tanınan bu məbəd haqqında hazırlanan filmdə məscidin memarlıq xüsusiyyətləri, bu ərazidə formalaşmış çoxillik adət-ənənələr, mənəvi dəyərlər, eləcə də burada yaşayan insanların həyat hekayələri ətraflı şəkildə işıqlandırılıb.

Ekran əsərində İstanbul Universitetinin doktorantı, həmvətənimiz Səidə Ömərin həyat hekayəsinə yer verilib.

Filmdə Türkiyə və Qarabağ şəhidlərinin Eyüpsultan məscidində anılması, həmçinin Qarabağ Zəfəri mövzusu xüsusi vurğulanıb. Mart ayında yayımlanması planlaşdırılan layihənin rejissoru Murad Ocakdır.

Qeyd edək ki, Murad Ocak ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva haqqında da sənədli film ərsəyə gətirib. Bu film “TRT Avaz” kanalında yayımlanıb.

# 1313 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər