Tanınmış rejissor bu filmini nümayişdən çıxardı - Səbəb

Tanınmış rejissor bu filmini nümayişdən çıxardı - Səbəb
4 iyun 2026
# 15:40

Alman rejissor Vim Venders 1975-ci ildə çəkdiyi "Səhv hərəkət" filmini nümayişdən çıxardığını açıqlayıb.

Kulis.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Vendersin sözlərinə görə, bu qərara səbəb ekran işində çəkilişlər zamanı 13 yaşı olan aktrisa Nastasya Kinskinin çılpaq sinəsinin göründüyü səhnə olub.

Kinematoqrafçı məsələ ilə bağlı bunları qeyd edib:

"O vaxt "Səhv hərəkət" filminə görə məsuliyyət daşıyan və hələ də həyatda olan yeganə şəxs kimi etiraf edirəm: o zaman Nastasya Kinskini daha yaxşı qorumalı idim. Buna görə də heç bir "əgər" və "amma'"olmadan, qeyd-şərtsiz səndən üzr istəyirəm, Nastasya".

Qeyd edək ki, "Səhv hərəkət" filmində Kinski lal yeniyetmə qız rolunu canlandırıb.

"Variety" nəşri bildirir ki, aktrisa dəfələrlə Vendersi filmin yeni versiyasını buraxmağa çağırıb. O, bunun kinoda ilk təcrübəsi olduğunu və əgər özünə daha çox etibar etsəydi, belə bir səhnədə çəkilməyə razı olmayacağını bildirmişdi.

Venders əlavə edib ki, Almaniya Kino Akademiyası və Nastasya Kinski ilə qarşılıqlı razılaşdırılmış həll yolu tapılana qədər sözügedən film əlçatmaz olaraq qalacaq.

# 966 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər