Suriyalı Tarek: "Narahat olmayın, həmişəlik gəlməmişik"

Suriyalı Tarek:  "Narahat olmayın, həmişəlik gəlməmişik"
9 sentyabr 2023
# 15:23

Kulis.az "Şənbə filmi" layihəsindən yunan rejissor Yannis Sakaridisin "Amerika meydanı" filmi haqqında yazını təqdim edir.

Köçkünlük bizim də tarix boyu yaşadığımız dəhşətlərdəndir.

İnsanlar bəzən qan-qadadan, ölüm-itimdən, bəzən da daxili, psixoloji narahatlıqdan qaçıb başını soxacaq bir yer axtarır.

Ancaq başını soxsan da, əllərin, ayaqların həmişə “çöldə” qalır.

Həmişə yarımçıq, itik olursan.

Yunan rejissor Yannis Sakaridisin “Amerika meydanı” filmi də bundan bəhs edir.

Göçenlere Bakmak: Plateia Amerikis (2016) 3 – amerika square 2016 0001

Köçkünlükdən... İtkinlikdən...

İnsanın öz içində və çölündə itkin düşməyindən...

Bu itkinlikdə nə itirənlər xoşbəxtdir, nə də tapanlar.

Nə gələnlər, nə qalanlar, nə də qarşılayanlar...

Bir tərəfdə döyməçi Billi...

Bir tərəfdə də Nakos...

40 yaşına bu gün-sabah qalmasına baxmayaraq, hələ də yolunu, izini tapmayan, həyatın dolaylarında avaralanan sərgərdan...

Movie Review: Immigrants try to get out, Greeks try to cope with them in  “Amerika Square (Plateia Amerikis)” | Movie Nation

Nakos əsəbidir, qəzəblidir. Ölkəsini, şəhərini mühacirlər işğal eləyib.

Nakosun kin qusduğu mühacirlərin arasında tanış olduğumuz, məzlum təbəqədən olduqları üçün daha asan empatiya qura bildiyimiz suriyalı ata.

Qızı ilə Almaniyaya getməyə çalışan qaradərili müğənni.

Özü kimi mühacirlərə kömək eləyən insan alverçisi Həsən.

Həsən, Billi, Nakos, Tarek və Terezanın hekayələri kəsişdikcə gərginlik artır,

Qızı üçün müharibəsiz həyat istəyən Tarekin digər obrazlardan fərqli davranışları da ürəklərdə yer tapır.

Film Review: 'Amerika Square'

Bir sözlə, “Amerika Meydanı” hələ də özünü “Helen” adlandıran Yunan vətəndaşlarına deyir: “Suriyalılar və ya başqa ölkələrdən gələn mühacirlər onsuz da sizə pərəstiş etmirlər və onlar da Yunanıstanı tərk etməyin yollarını axtarırlar”.

Tarekin də dediyi kimi, "Narahat olmayın, həmişəlik gəlməmişik".

Kim həmişəlikdir ki?..

# 3153 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər