“Sürəyyanın 32-ci günü” filminin çəkilişləri başladı

“Sürəyyanın 32-ci günü”  filminin çəkilişləri başladı
20 aprel 2026
# 16:43

Rejissor Şirin Əhmədov “Sürəyyanın 32-ci günü” adlı ilk tammetrajlı bədii filminin çəkilişlərinə başlayıb.

Kulis.az xəbər verir ki, film reallıqla zamanın görünməyən qatları arasında qurulan incə bir xətt üzərində hərəkət edir.

Filmdə Sürəyyə personajını Əməkdar artist Hüsniyyə Mürvətova canlandırır. Ekran işində Xalq artisti Məmməd Səfa, Zülfiyyə Məmmədova, Bəhruz Vaqifoğlu və digər tanınmış simalar da yer alırlar. Filmin təsvir rejissoru Yusif Qasımlıdır.

Bu film Şirin Əhmədovun ilk tammetrajlı debütü olsa da, onun qısametrajlı filmləri yerli və beynəlxalq festivallarda iştirak edib.

Rejissor filmlə bağlı düşüncələrini belə ifadə edir: “Bəzən zaman düz xətt kimi axmır. Bəzən bir gün insanın içində illərə çevrilir. ‘Sürəyyanın 32-ci günü’ məhz o görünməyən günlərin hekayəsidir”.

“Sürəyyanın 32-ci günü” — bu, yaddaşın, seçimlərin və insan ruhunun qaranlıq və işıqlı tərəfləri arasında itən bir zaman parçasıdır.

# 990 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər