“Silahdaşlar” sənədli filmi nümayiş olundu

“Silahdaşlar”  sənədli filmi nümayiş olundu
21 yanvar 2026
# 13:51

Samuxda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar təşkil edilmiş anım tədbiri çərçivəsində “Salnamə” film kinostudiyasının istehsalı olan “Silahdaşlar” sənədli filmi nümayiş etdirilib.

Tədbir Samux Rayon Heydər Əliyev Mərkəzi və Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) birgə təşkilatçılığı ilə baş tutub.

Kulis.az xəbər verir ki, filmi AKİ katibi, rejissor Tahir Tahiroviç təqdim edib.

Tədbirdə Samux rayonunun ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Tədbirin əsas məqsədi 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətini gənc nəsilə çatdırmaq, şəhidlərin xatirəsini ehtiramla yad etmək və milli yaddaşın qorunmasına töhfə vermək olub.

2019-cu ildə istehsal olunmuş filmdə 1990-cı ilin yanvar günlərində baş verən faciəli hadisələr zamanı kinematoqrafçıların fədakar əməyi və xatirələri əsasında ərsəyə gəlib. “Silahdaşlar” sənədli filmi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, baxışdan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyıb.

“Silahdaşlar” filminin rejissoru Nizami Abbas, ssenari müəllifi Ramiz Fətəliyev, operatoru Üzeyir Abbas, prodüseri Nazim Hüseynovdur.

# 1209 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər