“Şair ömrü” filmi nümayiş edildi

“Şair ömrü”  filmi nümayiş edildi
2 dekabr 2025
# 11:37

Nizami Kino Mərkəzində görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Bayramın xatirəsinə həsr olunmuş “Şair ömrü” bədii-sənədli filmi nümayiş edilib.

Kulis.az xəbər verir ki, tədbirdə şairin ailə üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Ekran əsərinin ssenari müəllifi Günel Mehri, baş prodüser Elnur Teymuroğlu, qurluşçu rejissor Ruslan Hüseyn, qurluşçu operator Orxan Qurbanov, prodüser isə İbrahim Ağazadədir.

Məlumat verilib ki, portret janrında çəkilən filmdə süni intellekt texnologiyasından istifadə edilib.

Tofiq Bayramın bacısı Svetlana Bayramova filmi yüksək qiymətləndirərək deyib: “Film son dərəcə peşəkarlıqla hazırlanıb və Tofiq Bayramın yaradıcılığının zənginliyini, onun sənət dünyasının dərinliyini gözəl əks etdirir. Ailəmizin formalaşmasında Tofiq Bayram yaradıcılığının böyük rolu olub. Həyatımızın hər anında onu hiss etmişik və çalışmışıq ki, həmişə onun adını doğruldaq”.

Filmdə şairin şeirlərini səsləndirən bədii qiraətçi Xəzər Süleymanlı Tofiq Bayram yaradıcılığını dərin sevgi ilə izlədiyini vurğulayıb. Onun sözlərinə görə, böyük şairlərimizin əsərlərini daha geniş oxucu kütləsinə çatdırmaq əsas hədəfdir.

Daha sonra tədbir iştirakçıları “Şair ömrü” filmini izləyiblər.

# 1820 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər