"Qəhrəmanlıq varislikdir": Bir insanın cəsarəti ilə dəyişən talelərin hekayəsi

"Qəhrəmanlıq varislikdir": Bir insanın cəsarəti ilə dəyişən talelərin hekayəsi
20 yanvar 2026
# 13:52

20 Yanvar 1990-cı il hadisələrindən sonra Rusiya imperiyasının rəhbərliyi tərəfindən günahsız yerə həbs edilərək Rusiyanın Ulyanovsk şəhərinə aparılan 46 nəfər azərbaycanlının taleyindən bəhs edən film ərsəyə gəlib.

Kulis.az xəbər verir ki, film həmin məhbusların ağır işgəncələrə məruz qaldığı günləri və onları böyük risk bahasına Ulyanovsk şəhər həbsxanasından azad edən Varis Məcidovun analoqu olmayan qəhrəmanlığını əks etdirir.

Ekran işində alimlər, gəmi kapitanları, televiziya işçiləri, dəmiryolçular və azadlıq hərəkatının fəalları olmaqla 46 nəfər məhbusun üzləşdiyi çətinliklər geniş şəkildə təqdim olunur.

Qeyd edək ki, Varis Məcidov həmin dövrdə Rusiyanın Ulyanovsk vilayətində yaşayan və polis kapitanı vəzifəsində çalışan azərbaycanlı olub. O, həyatını təhlükə altına ataraq soydaşlarının azadlığa çıxmasına nail olub.

Filmin ideya müəllifi və layihə rəhbəri Xuraman Osmanovadır. Ssenari müəllifləri Vahid Orucov və Bariqəm Şirəliyev, rejissoru isə Nicat Cəlilovdur.

# 1254 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər