Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir

Qanunvericiliyə “Xarici film”  anlayışı daxil edilir
10 fevral 2026
# 13:44

Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir.

Kulis.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kinematoqrafiya haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, xarici film bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən filmdir.

Birgə istehsal filmi yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən filmdir.

Milli film üçün tələblərə cavab verən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq xarici kinematoqrafiya müəssisələri ilə birgə istehsal edilmiş filmlər isə milli film hesab oluna bilər.

Qeyd edək ki, qanuna əsasən, filmin prodüseri Azərbaycan Respublikasının vətəndaşı və ya qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs olduqda, filmin çəkiliş qrupunda Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər 30 faizdən artıq olmadıqda, film Azərbaycan dilində çəkildikdə, qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və filmin istehsalını, çoxaldılmasını, yayımını, nümayişini həyata keçirən kinematoqrafiya müəssisələri filmin smetasında nəzərdə tutulmuş ümumi iş həcminin 50 faizindən çoxunu yerinə yetirdikdə və

film istehsalında xarici investisiyaların həcmi filmin smeta dəyərinin 30 faizindən artıq olmadıqda film milli film hesab edilir.

Beləliklə, bu tələblər təmin olunursa, yerli və xarici prodüserlərin birgə istehsal etdikləri film milli film hesab olunacaq.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

# 1116 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər