"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa
7 may 2026
# 11:36

Amerika Kino Akademiyası milyonların səbirsizliklə gözlədiyi "Oskar" mükafatları ilə bağlı çox ciddi və fundamental qərarlara imza atıb.

Kulis.az xəbər verir ki, yeni qaydalar həm səsvermə prosesini, həm də namizədlərin seçilməsi mexanizmini kökündən dəyişəcək.

Məlumata görə, sözügedən inqilabi yeniliklər 2027-ci ildə baş tutacaq 99-cu təqdimetmə mərasimindən etibarən tətbiq olunacaq. Dəyişikliklərdən ən diqqətçəkəni aktyorlarla bağlıdır. Belə ki, artıq bir aktyor eyni kateqoriya üzrə birdən çox rolla namizədliyini irəli sürə biləcək. Lakin bunun üçün həmin rolların səsvermə nəticəsində ən yaxşı beşliyə daxil olması şərtdir. Akademiya bu addımla əvvəllər kino sənayesində tez-tez rast gəlinən "kateqoriya manipulyasiyası"nın qarşısını almağı hədəfləyir. Təbii ki, yalnız filmin rəsmi titrlərində yer alan və aktyorun öz razılığı ilə oynanılan rollar qiymətləndirməyə buraxılacaq.

Kino dünyasında son vaxtlar ən çox müzakirə olunan mövzulardan biri – süni intellekt məsələsi də diqqətdən kənarda qalmayıb. "Ən yaxşı ssenari" nominasiyası uğrunda yalnız insan zəkasının, insan müəllifliyinin məhsulu olan mətnlər yarışa biləcək. Akademiya süni intellektin müdaxiləsini xüsusi nəzarətdə saxlayacaq və şübhəli məqamlarda ssenari müəlliflərindən əlavə hesabat tələb etmək hüququndan istifadə edəcək. Əsas məqsəd yaradıcılıq prosesində insan amilini qoruyub saxlamaqdır.

Daha bir mühüm yenilik isə beynəlxalq filmlərlə bağlıdır. Qaydalara əsasən, artıq bir ölkə "Oskar" yarışına birdən çox film göndərmək şansı qazanacaq. Ən diqqətçəkən məqamlardan biri isə odur ki, dünyanın nüfuzlu festivallarında – Kann ("Qızıl palma budağı"), Venesiya ("Qızıl şir"), Berlin ("Qızıl ayı"), "Sundance" (Dünya kinosu üzrə Qran-pri), Toronto ("Platforma" mükafatı) və Busan Beynəlxalq Film Festivallarında (Ən yaxşı film) baş mükafatı qazanan ekran işləri avtomatik olaraq "Oskar"ın nominasiya siyahısına düşəcək.

Bu kateqoriyada namizədlik daha ölkənin deyil, birbaşa filmin adına yazılacaq. Qalib gələn ekran əsərinin heykəlciyini isə bütün yaradıcı heyət adından filmin rejissoru qəbul edəcək.

Bütün bu irimiqyaslı islahatlar Akademiyanın qiymətləndirmə prosesini daha şəffaf, inklüziv və müasir dövrün texnoloji reallıqlarına tam uyğun hala gətirmək istəyindən irəli gəlir.

# 1158 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər