"Oskar" tarixində yeni rekord

"Oskar" tarixində yeni rekord
23 yanvar 2026
# 15:54

Hollivud ulduzu Timoti Şalame daha bir mühüm nailiyyətə imza atıb.

Kulis.az xəbər verir ki, aktyor Amerika Kino Akademiyasının “Oskar” mükafatına üçüncü dəfə namizəd göstərilən ən gənc aktyor kimi tarixə düşüb.

30 yaşlı Şalame bu rekordu “Möhtəşəm Marti” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyası ilə əldə edib.

Qeyd edək ki, Timoti Şalame bundan əvvəl də eyni kateqoriya üzrə 2018-ci ildə “Məni adımla çağır”, 2025-ci ildə isə “Tam naməlum” filmi ilə namizəd olmuşdu.

Xatırladaq ki, bu göstərici indiyədək Marlon Brandoya məxsus idi. Mərhum aktyor 1950-ci illərdə “Arzu tramvayı”, “Viva, Zapata!” və “Yuli Sezar” filmləri ilə bu kateqoriyada diqqət çəkmiş, ilk “Oskar” mükafatını isə 1955-ci ildə “Sahildə” filmindəki roluna görə qazanmışdı.

# 1321 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər