Oqtay Mirqasımovun filmi 60 ildən sonra təqdim olunur

Oqtay Mirqasımovun filmi 60 ildən sonra təqdim olunur
23 aprel 2025
# 13:17

“Dəniz” sənədli filmi 1965-ci ildə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Kulis.az xəbər verir ki, film 2023-cü ildə Oqtay Mirqasımovun 80 illik yubileyi ərəfəsində Azərbaycan Dövlət Film Fondu tərəfindən rəqəmsallaşdırılaraq elektron bərpa olunub.

Diktor mətni yoxdur, danışan dənizdir.

Kinooçerkdə dənizin həyatımızdakı önəmli rolundan bəhs edilir. Xəzər dənizinin sərvətlərindən lirik planda söhbət açılır, orada çalışan insanların cəsurluğu və romantik əməyi tərənnüm olunur.

Filmin rejissoru Oqtay Mirqasımov, ssenari müəllifləri Anar və Maqsud İbrahimbəyov, operatorları Zaur Məhərrəmov, Tofiq Sultanov və Boris Vlasov, bəstəkarı Emin Sabitoğludur. Məxsusi həmin film üçün yazılmış, sözləri Vaqif Səmədoğluna məxsus eyniadlı mahnını Anatollu Qəniyev ifa edir.

"Dəniz” filminə aşağıdakı linkdən baxmaq olar:

# 2212 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər