“Nizami: daxili aləm” filmi ilk dəfə mavi ekranda

“Nizami: daxili aləm” filmi ilk dəfə mavi ekranda
22 yanvar 2025
# 13:27

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə (1141-1209) həsr edilmiş “Nizami: daxili aləm” sənədli filmi ilk dəfə televiziyada nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) sifarişi ilə lentə alınan ekran əsəri yanvarın 25-i saat 23:00-da "AnewZ" kanalının efirində tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən Nizami Gəncəvi yaradıcılığının əbədiləşdirilməsi və beynəlxalq səviyyədə daha geniş təbliğinə töhfə vermək məqsədilə sifariş edilən film beynəlxalq auditoriya üçün nəzərdə tutulub. İngilis dilində lentə alınan sənədli filmdə görkəmli tarixçilər, ədəbiyyat və mədəniyyət xadimlərinin böyük şairin zəngin yaradıcılığı haqqında fikirləri yer alıb. Ekran işinin ssenari müəllifi Kristina Lin Morelli, rejissoru və prodüseri Atakan Kerküklü, operatorları Miya Lusia Keyhli Padcet və Ceremi Stefan Fut, montaj redaktoru Bahəddin Dastandır.

# 2726 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər