"Netflix"dən gələn zənglərə cavab vermək istəmir

"Netflix"dən gələn zənglərə cavab vermək istəmir
24 dekabr 2024
# 09:32

Cənubi Koreyanın məşhur "Squid game" serialının yaradıcısı Hvaq Donq-Hyuk ekran işinin ikinci və üçüncü mövsümləri üzərində işləməkdən yorulub.

Kulis.az xəbər verir ki, bu barədə o, "Variety" nəşrinə müsahibəsində bildirib.

Hvaq qeyd edib ki, tez bir zamanda istirahətə getmək və "Netflix"dən gələn zənglərə cavab verməmək istəyir.

“Deməliyəm ki, müəyyən mənada “Squid Game”dən bezmişəm. Mən nəyisə yaratmaq və təbliğ etmək lazım olanda həyatın bu ritmindən çox yoruluram. Ona görə də indi növbəti layihə haqqında düşünmək belə istəmirəm. Hazırda uzaq bir adaya getmək, boş vaxtımdan zövq almaq və "Netflix"dən gələn zənglərə cavab verməmək istəyirəm".

Qeyd edək ki, "Squid game" serialının ikinci mövsümü dekabrın 26-da "Netflix"də işıq üzü görəcək.

# 2435 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər