Məşhur rejissorun filmi Almaniyada qadağan olundu

Məşhur rejissorun filmi Almaniyada qadağan olundu
16 iyun 2026
# 16:30

Alman rejissor Uve Boll baş rolu Armi Hammerin canlandırdığı "Vətəndaş qisasçı" adlı yeni filminin Almaniyada qadağan edildiyini bəyan edib.

Kulis.az xəbər verir ki, bu barədə məlumatı "Awards Daily" nəşri yayıb.

Rejissorun sözlərinə görə, ekran işi Almaniyanın yerli yaş reytinqi tənzimləyicisi (FSK) tərəfindən hər hansı bir kateqoriya ala bilməyib və ona təsnifatsız statusu verilib. Boll bunun faktiki olaraq tam qadağa mənasına gəldiyini vurğulayıb.

Bu qərardan sonra özünü qisasçı elan edən şəxsdən bəhs edən filmin Almaniya ərazisində taleyi belə olacaq:

Kinoteatrlarda nümayiş etdirilməyəcək;

Televiziya və striminq platformalarında yayımlanmayacaq;

Fiziki daşıyıcılarda (DVD/Blu-ray) satışa çıxarılmayacaq.

Hərçənd kinoteatrların filmi qeyri-rəsmi şəkildə yalnız böyüklər üçün göstərmək cəhdləri ola bilər, lakin bu addım ciddi hüquqi fəsadlar və sanksiyalarla nəticələnə bilər.

Uve Boll tənzimləyici qurumun bu addımını birbaşa senzura adlandırıb. O, qadağanın səbəbinin filmdəki amansız kadrlar olmadığını iddia edib:

"Bu qərar filmdəki zorakılıqla bağlı deyil. Hər şey ekran işində toxunulan Avropadakı miqrasiya problemi və təhlükəsizlik mövzuları ilə əlaqəlidir".

Filmdəki siyasi və sosial mövzularla yanaşı, baş rol ifaçısı Armi Hammerin şəxsiyyəti də layihə ətrafındakı gərginliyi artırır. Xatırladaq ki, aktyor 2021-ci ildə internetə sızan gizli mesajları ilə Hollivudda böyük rezonans doğurmuşdu.

Həmin mesajlarda onun qeyri-adi cinsi istəkləri, fetişləri, o cümlədən sevgilisinə yazdığı "Mən 100% hannibalam" ifadəsi yer alırdı. Hammer sonradan bu sözlərin kontekstdən çıxarıldığını desə də, tərəfdaşlarına qarşı emosional zorakılıq tətbiq etdiyini etiraf etmişdi. Uzun sürən araşdırmalardan sonra, 2023-cü ilin yayında aktyora qarşı irəli sürülən bütün rəsmi ittihamlar ləğv edilmişdi.

# 1089 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər