Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını təqdim etdi

Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını  təqdim etdi
18 avqust 2026
# 18:40

Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının (AKKG) 2-ci mükafatlandırma mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə keçirilən tədbirdə çıxış edənlər bu cür layihələrin yerli kino sahəsini canlandırdığını və kinematoqrafçıları stimullaşdırdığını bildiriblər.

Seçim iki mərhələdə aparılıb. Mütəxəssislərdən ibarət heyət 2025-ci ildə nümayiş olunmuş 51 film arasından 12 nominasiya üzrə qalibləri müəyyənləşdirib.

Mərasimdə ən yaxşı tam və qısametrajlı bədii, sənədli filmlər, həmçinin rejissor, ssenari, operator, rəssam, bəstəkar, aktyor və aktrisa işləri mükafatlandırılıb.

Tədbir çərçivəsində xüsusi mükafat da təqdim olunub.

Mərasim "İlin ən yaxşı filmi" nominasiyasının qalibi olan ekran əsərinin nümayişi ilə başa çatıb.

# 659 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər