Keyt Uinslet 14 yaşlı pərəstişkarı ilə əlaqə saxladı

Keyt Uinslet 14 yaşlı pərəstişkarı ilə əlaqə saxladı
5 iyun 2026
# 17:30

Aktrisa Keyt Uinslet anadangəlmə görmə məhdudiyyəti olan 14 yaşlı kino pərəstişkarı Erinlə onun "Sehrli ağacla yuxarı" filmini izləmək üçün 140 mil yol qət etdiyini öyrəndikdən sonra əlaqə saxlayıb.

Kulis.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

İrlandiyanın Brukboro kəndinin gənc sakini audioseans üçün üç saatlıq səfərə çıxmağa qərar verib. Qız etiraf edib ki, ən yaxın kinoteatrlarda xüsusi qulaqlıqlar olmadığı üçün kinoya tez-tez getmir. Lakin o, Enid Blaytonun kitablar seriyasının ekranlaşdırılmasını görməyi çox istəyirdi, çünki yazıçının əsərlərinə pərəstiş edir.

"BBC" qeyd edir ki, Uinslet Erinin hekayəsindən çox təsirlənib və filmin prodüseri ilə birlikdə gənc pərəstişkarla videozəng təşkil edib. Söhbət zamanı 14 yaşlı irlandiyalı qızın sevincindən az qala nitqi tutulub və təəssüratlarını belə bölüşüb:

"Keytin səsini dərhal tanıdım, amma bu mənim üçün böyük şok idi!"

Uinslet Erinlə söhbətdən valeh olduğunu və onun qət etməli olduğu məsafədən tamamilə sarsıldığını etiraf edib. Prodüser Pippa Harris isə öz növbəsində bütün kino sənayesi adından qızdan üzr istəyərək bunları qeyd edib:

"Bəlkə də bu, kinoteatrlara əlavə təzyiq göstərəcək və heç bir başqa uşaq film izləmək üçün sizin qədər uzağa getmək məcburiyyətində qalmayacaq. Bu, həqiqətən, dəhşətlidir."

Məlumata görə, zəngdən sonra Erin xoşbəxtlikdən ağlayıb. O ümid edir ki, Uinsletin dəstəyi görmə qüsurlu tamaşaçılar üçün kinonun əlçatanlığı probleminə diqqət çəkəcək.

# 1023 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər