“Kapitan və Xəzər dənizi” filminin premyerası olacaq

“Kapitan və Xəzər dənizi”  filminin premyerası olacaq
15 yanvar 2026
# 17:16

Yanvarın 19-da Nizami Kino Mərkəzində “Kapitan və Xəzər dənizi” qısametrajlı tarixi-sənədli filminin premyerası keçiriləcək.

Kulis.az xəbər verir ki, ekran əsəri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi”nin qalib layihələrindən biridir.

“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunan filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn, prodüseri Emil Nəcəfovdur.

Animasiya və arxiv materiallarının hibrid işlənməsi ilə ərsəyə gələn film 1990-cı ilin 20 yanvar gecəsi baş verən ümumxalq faciəsinə həsr olunub. Film Xəzər Dəniz Neft Donanması kapitanlarının, eləcə də həmin tarixi hadisələri həyatlarını riskə ataraq lentə alan jurnalist və operatorların göstərdiyi qəhrəmanlıq, peşəkarlıq və vətəndaşlıq mövqeyindən bəhs edir.

Tarixi faktlara əsaslanan ekran işi yaddaşın qorunması və həmin gecə baş verənlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Animasiya hissəsi “Harmony of Chaos” studiyasında hazırlanan filmə “Current Time” TV, İctimai TV və Azərbaycan Kinematoqrafçılar İttifaqı da dəstək göstərib.

# 1375 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər