“GORA 4 GORA” üçün hazırlıqlar davam edir - Foto

“GORA 4 GORA” üçün hazırlıqlar davam edir - Foto
12 mart 2026
# 14:00

"G.O.R.A." seriyası uzun fasilədən sonra yenidən tamaşaçı ilə görüşə hazırlaşır.

Kulis.az xəbər verir ki, məşhur komediyaçı Cem Yılmaz və komandasının hazırladığı yeni film – “GORA 4 GORA” üzərində işlər davam edir.

Filmin aktyorlarından Uraz Kayqılaroğlu sosial şəbəkədə Cem Yılmazla birgə fotosunu paylaşaraq layihə ilə bağlı həyəcanını izləyiciləri ilə bölüşüb. Aktyor paylaşımına “Gəlirik yenə” sözlərini yazıb. Həmin foto daha sonra Cem Yılmaz tərəfindən də şəxsi hesabında paylaşılıb.

Qeyd edək ki, Uraz Kayqılaroğlu daha əvvəl Cem Yılmazla birlikdə "Erşan Kuneri" və "Karakomik Filmler" layihələrində çalışıb.

Cem Yılmaz bir neçə ay əvvəl də “GORA 4 GORA”da rol alacaq aktyorlarla görüşmüşdü. Layihənin aktyor heyətində Cem Yılmazla yanaşı Can Yılmaz, Bülent Şakrak, Özge Özberk, Bora Akkaş, İdil Sivritepe, Bige Önal, Nevra Cansu Özel, Murat Eken, Emre Karayel və Ahmet Pınar kimi aktyorlar yer alacaq.

Bir müddət əvvəl iştirak etdiyi proqramların birində yeni layihəsi haqqında danışan Cem Yılmaz bildirib ki, o, adi film çəkməkdən qaçmağa çalışır:

“Personajı sabit saxlayıb, hekayəni və ya mühiti dəyişdirməyə çalışıram”.

Hələlik nümayiş tarixi açıqlanmayan film haqqında əlavə məlumat verən sənətçi bildirib ki, layihə kifayət qədər böyük həcmli olacaq:

“İki uzunmetrajlı film qədər böyük bir işdir. Təxminən 240 dəqiqəlik ‘Gora 4 Gora’ macərası olacaq. Heyət çox yaxşıdır, həm gülməli, həm də bir qədər daha dərin bir iş olacaq”.

"GELİYORUZ... YİNE..." 1

# 1146 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər