"Evdə Tək 2" filminin ulduzu vəfat etdi

"Evdə Tək 2" filminin ulduzu vəfat etdi
17 iyul 2026
# 18:00

İrlandiyalı aktrisa Brenda Friker 81 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Aktrisanın ölüm səbəbi hələlik ictimaiyyətə açıqlanmayıb. Xəbəri onun agenti Fil Belfild təsdiqləyib.

"Oskar"lı ana və məşhur "Göyərçinli qadın"

Brenda Frikerə dünya şöhrətini 1989-cu ildə ekranlara çıxan "Mənim sol ayağım" (My Left Foot) dramındakı rolu gətirib. O bu filmdə Deniel Dey-Lüisin canlandırdığı qəhrəmanın anası obrazına görə 1990-cı ildə "Ən yaxşı ikinci dərəcəli aktrisa" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.

Bununla belə, aktrisa geniş tamaşaçı kütləsinin, xüsusən də ailə komediyalarını sevənlərin yaddaşında 1992-ci il istehsalı olan "Evdə tək 2" (Home Alone 2) filmindəki unudulmaz göyərçinli qadın obrazı ilə qalıb. Bundan əlavə, o, "BBC"-nin 1986-2010-cu illərdə yayımlanan "Qəza" (Casualty) serialında tibb bacısı Meqan Rouç rolunu canlandırıb.

Faciələrlə dolu həyat

Ekranlardakı uğurlarına baxmayaraq, aktrisanın şəxsi həyatı ağır sınaqlarla dolu olub. O, 1988-ci ilə qədər aktyor Barri Devislə evli olub.

Son illərdə mərhum aktrisa İngiltərənin Bristol şəhərində yaşayırdı.

# 794 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər