Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub
18 yanvar 2025
# 13:05

Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

İttifaqdan Kulis.az-a bildirilib ki, tədbirdə çıxış edən təşkilatın sərdi, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə bu faciəvi tarixin o dəhşətli hadisələrin şahidi olmuş hər bir Azərbaycan vətəndaşının həyatında dərin iz qoyduğunu bildirib.

“Bu il Qanlı Yanvar hadisələrindən 35 il keçməsinə baxmayaraq, həmin faciəli gecənin ağrıları səngimir. İmperiya siyasətinin və sovet hərbi maşınının qurbanı olmuş yüzlərlə günahsız insanın ölümü yaddaşımızdan heç vaxt silinməyəcək. Eyni zamanda, bu gün bizim hamımız üçün müstəqillik uğrunda mübarizə aparan Azərbaycan xalqının şərəf və qəhrəmanlıq səhifəsidir. Bu hadisələrə ehtiramla yanaşmaq hər bir sənətkarın, hər bir yaradıcı şəxsin mənəvi borcudur. Bu illər ərzində bəstəkarlarımız o faciəvi günlərin kədərini, qəhrəmanlığını özündə əks etdirən müxtəlif janrlarda çoxlu əsərlər yazıblar. Bu əsərlər ənənəvi olaraq Bəstəkarlar İttifaqının 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər proqramlarına daxil edilir. Bu gün isə həmin ənənənin janr diapazonu genişləndirilərək, sənədli filmə müraciət edilib”,-deyə F.Əlizadə əlavə edib.

Tanınmış rejissor, Əməkdar incəsənət xadimi Cahangir Zeynallının “20 Yanvar” adlı sənədli filmi nümayiş olunub. Film rejissorun həmin dövrdə lentə aldığı videomateriallara və tarixi faktlara, müəllif araşdırmalarına əsaslanır.

Film tamaşaçılara böyük emosional təsir bağışlayıb.

# 2706 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər