Beren Saatın "Gizli işlər"də

Beren Saatın "Gizli işlər" də
25 sentyabr 2024
# 14:00

Beren Saat yeni filmdə çəkiləcək.

Kulis.az xəbər verir ki, Beren Saat "Gizli işlər" adlı yeni ekran əsərində rol alıb.

Baş rolda Beren Saatın çəkildiyi filmin aktyor heyətində uğurlu aktyorlar Yiğit Özşener, Furkan Andıç, Duyğu Sarışın, Pınar Çağlar Gençtürk, Cem Gönen, Gamze Karaduman və Derya Alabora yer alıb.

Rengin Alaz (Beren Saat) hamının tanıdığı populyar, cəsur və uğurlu bir jurnalistdir. Bacısı ərinin bir tətbiq vasitəsilə başqa qadınlarla görüşdüyünü öyrənən Rengin başda bacısı olmaqla, ətrafındakı hamının bu tətbiqdə canlı yayım edən qadınlarla bağlı mühakimələrinin fərqinə varır.

Cəmiyyətin mühakimələri ilə üzləşmək Rengini bu haqda silsilə məqalələr hazırlamağa vadar edir. Kimliyini gizlədərək bu dünyaya addım atmağa qərar verən Rengin tətbiqdəki yazıları ilə qısa zamanda məşhurlaşsa da, bu müddətdə həm özünü, həm də istəklərini sorğulamağa başlayır. Bu təhlükəli səyahət onun ağır əvəz ödəməsinə səbəb olacaq.

Qeyd edək ki, film 2025-ci ildə nümayiş etdiriləcək.

# 2706 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər