“Azərbaycanlıların deportasiyası" filmi təqdim edildi

“Azərbaycanlıların deportasiyası" filmi təqdim edildi
20 may 2025
# 12:53

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "Sabah" Yaradıcılıq Studiyasında yeni sənədli film hazırlanaraq tamaşaçılara təqdim olunub.

Kulis.az xəbər verir ki, “Anın tarixi” layihəsi çərçivəsində hazırlanan film-hekayə “Azərbaycanlıların deportasiyası (1948-1953)” adlanır.

Filmdə 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasından bəhs edilir. SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı qərarına uyğun olaraq azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından məcburi köçürülməsi və etnik təmizləməsi zamanı baş verən hadisələr bədii və sənədli təsvirlərlə filmdə əks etdirilib.

Filmin ssenari müəllifi Səxavət Sahil, quruluşçu rejissoru Ramina Qarayeva, baş prodüseri Xalq artisti Ramiz Həsənoğludur.


# 2533 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər