ARKA: "Tələbə filmləri ilə bağlı gələn həftə ödənişlər olunacaq"

ARKA:  "Tələbə filmləri ilə bağlı gələn həftə ödənişlər olunacaq"
27 noyabr 2025
# 15:21

Kino Agentliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris Film” studiyasının ortaq layihəsi olan tələbə filmlərinin iştirakçıları 6 aydan çoxdur ki, ödənişlərinin köçürülmədiyini bildiriblər.

Rejissor Mirzahid Ağayev Kulis.az-a açıqlamasında bildirib ki, filmin çəkilişi 25 iyulda bitib:

"Mən öz variantımı iki gün əvvəl bitirmişəm, ancaq filmin ARKA-ya göndərilən variantı avqustun 17-si tamamlanıb və ARKA-nın göndərdiyi prodüser Kamal Müşfiqə təhvil verilib. Proseslər çox ləng gedirdi. Mənə rekvizitləri almaq üçün pul köçürülməli idi. Ancaq bu günə qədər də pul köçürülməyib".

Rejissor "Tədris-film" ona filmi ləğv edəcəklərini deyib: "Bundan əvvəl də bir filmin çəkilişini ləğv etmişdilər. Onun pulu hara getdi, heç o da bilinmir".

Mirzahid Ağayev bildirib ki, ARKA-nın əməkdaşı onlara problemin "Tədris-film"dən qaynaqlandığını deyib.

Rejissor Xəyal Abbasov da bildirib ki, onun filminin çəkilişi bu il avqustun 3-də bitib. Lakin pulun ödənilməsi hələ də gecikir.

ARKA-nın istehsalat şöbəsinin əməkdaşı Orxan Behbud kulis.az-a bildirib ki, ödənişlər gələn həftə ərzində köçürüləcək.

"Mən bu filmlərin maliyyə problemi ilə bağlı tələbələrlə görüşməmişəm. Ümumilikdə istehsalla bağlı həmişə dəstək olmuşam. Özləri də deyə bilər. Bundan əvvəl maliyyə şöbəsi tərəfindən 8 filmin pulu köçürülüb.

Onlar keçən həftənin cümə günü Azərbaycan Respublikasının Kino Agentliyinin maliyyə şöbəsinə sənəd veriblər. Müqavilənin şərtlərinə əsasən pullar 15 gün ərzində köçürülə bilər. Hazırda maliyyə şöbəsində sənədlər yoxlanılır, ya bu, ya da gələn həftə pullar köçürüləcək. Sənədlərdə qaimələrin nə vaxt vurulduğu, ümumi ödəniş tapşırıqlarının nə vaxt olduğu açıq-aşkar göstərilir. ARKA ancaq şirkət tərəfindən təyin olunan sənədlərə uyğun olaraq ödənişi həyata keçirir. Sənəd təqdim olunmayıbsa, ödəniş edilə bilməz".

# 2664 dəfə oxunub

Oxşar xəbərlər

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
"Beş ildir ki, veyil-veyil gəzir" - Repressiya kölgəsində filmlər çəkən rejissor

"Beş ildir ki, veyil-veyil gəzir" - Repressiya kölgəsində filmlər çəkən rejissor

11:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər