“ANİMAFİLM Gəncədə” festivalı keçiriləcək

“ANİMAFİLM Gəncədə” festivalı keçiriləcək
26 fevral 2025
# 12:37

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində fevralın 27-28-də “ANİMAFİLM Gəncədə” festivalı təşkil olunacaq.

Kulis.az xəbər verir ki, tədbir Gəncə Dövlət Kukla Teatrında baş tutacaq və tamaşaçılar üçün ödənişsiz olacaq.

Festivalda yerli və xarici animasiya filmlərinin nümayişi, həmçinin müzakirələr və səsvermə nəzərdə tutulub. Proqram uşaqlar, yeniyetmələr və böyüklər üçün xüsusi seansları əhatə edir.

Tədbir Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək. Qeyd edək ki, Assosiasiya 2018-ci ildən etibarən ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını təşkil etməklə ölkədə milli animasiya sənətinin inkişafına dəstək verir.

Qeyd edək ki, son illərdə regionlarda animasiya sənayesinin təşviqinə yönəlmiş festivallar ənənəyə çevrilib. 2021-ci ildə Şəkidə, 2023-cü ildə Naxçıvanda, 2024-cü ildə isə Lənkəranda ANİMAFİLM festivalları keçirilib. 2024-cü ildə festival beynəlxalq nüfuz qazanaraq Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (BAFTA) Festivallar Siyahısına daxil edilib.

Festivalın proqramı:

27 fevral 2025-ci il

Uşaqlar üçün animasiya filmləri (7+)
Saat: 12:00 – 14:00
Məkan: Gəncə Dövlət Kukla Teatrı

Uşaqlar üçün animasiya filmləri (7+)
Saat: 15:00 – 17:00
Məkan: Gəncə Dövlət Kukla Teatrı

28 fevral 2025-ci il

Yeniyetmələr və böyüklər üçün animasiya filmləri (15+)
Saat: 14:00 – 16:00
Məkan: Gəncə Dövlət Kukla Teatrı

Festival animasiya sənətinə marağı olan hər kəs üçün açıqdır.

# 1955 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər