93 yaşlı aktrisa Venesiya Film Festivalında mükafatlandırıldı

93 yaşlı aktrisa Venesiya Film Festivalında mükafatlandırıldı
15 iyul 2026
# 18:10

"Sonuncu kino seansı" (The Last Picture Show), "Şeytan" (The Exorcist), "Alisa artıq burada yaşamır" (Alice Doesn't Live Here Anymore) və "Arzuya ağı" (Requiem For A Dream) filmlərindəki unudulmaz rolları ilə tanınan əfsanəvi amerikalı aktrisa Ellen Börstin 83-cü Venesiya Beynəlxalq Film Festivalında "Ömür boyu nailiyyət"ə görə "Qızıl Şir" mükafatı ilə təltif ediləcək.

Kulis.az xəbər verir ki, bu barədə festivalın təşkilatçıları rəsmi məlumat yayıb.

"Müasir qadının ziddiyyətlərini təcəssüm etdirir"

Festivalın bədii rəhbəri Alberto Barbera Börstini nadir rast gəlinən intensivliyə və həqiqətə malik bir aktrisa kimi xarakterizə edərək onun müasir qadının ziddiyyətlərini təcəssüm etdirdiyini, unudulmaz qadın personajlarına dərinlik və mürəkkəblik qatdığını vurğulayıb.

Barbera fikirlərinə belə davam edib:

"Piter Boqdanoviçin kiçik Amerika qəsəbəsinin qürubunu təsvir edən "The Last Picture Show" filmində kəşf edilən və Uilyam Fridkinin 'The Exorcist' filminin uğuru ilə dünya şöhrəti qazanan Börstin Martin Skorsezenin qadınların öz kimliklərini və azadlıqlarını yenidən bərpa etmələrinə dair bir manifest olan "Alice Doesn't Live Here Anymore" filmi ilə "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" qazandı".

Dövrün ən vacib rejissorları ilə işbirlikləri

Barbera məşhur aktrisanın dövrün ən vacib kinorejissorlarından bəziləri ilə, o cümlədən Alen Rene ("Providence"), Pol Şreder ("Hardcore") və Kristofer Nolanla ("Interstellar") çalışdığını da diqqətə çatdırıb.

O bildirib ki, Börstin sistemli intizamını canlandırdığı personajlara qarşı emosional həqiqət alətinə çevirməyi bacarıb:

"Onun acını və gündəlik müqaviməti ləyaqət, ironiya və cəsarətlə işıqlandıra bilən sənəti, performasdakı orijinallığın və aktyorluq peşəsindəki ictimai məsuliyyətin mütləq modeli olaraq qalır".

Xəbəri öyrənən 93 yaşlı əfsanəvi aktrisa sevincini və həyəcanını bu sözlərlə ifadə edib:

"Vau! Nəinki dünyanın ən çox sevdiyim şəhərlərindən birinə gedirəm, həm də evə qollarımda "Qızıl Şir"lə qayıdıram! Venesiya Film Festivalından "Ömür boyu nailiyyət" mükafatı! Özümü o qədər qürurlu, o qədər xoşbəxt, o qədər minnətdar hiss edirəm ki! Həqiqətən də, vau!"

Qeyd edək ki, "Qızıl Şir" mükafatı Meggi Cillenhallın "Flesh Impact" adlı qısametrajlı filminin nümayişi zamanı Börstinə təqdim ediləcək. Merilin Monronun anadan olmasının 100 illiyinə həsr edilən bu film festival rəhbərliyinin sözlərinə görə, Börstinin qeyri-adi aktyorluq istedadını bir daha göstərir.

Xatırladaq ki, 83-cü Venesiya Film Festivalı bu il sentyabrın 2-dən 12-dək keçiriləcək.

# 841 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər