750 minə çəkildi, 400 milyon qazandı

750 minə çəkildi, 400 milyon qazandı
7 iyul 2026
# 10:17

"Obsession" qorxu filmi qlobal kassa gəlirlərində 400 milyon dollar həddini keçərək növbəti böyük uğuruna imza atıb.

Kulis.az xəbər verir ki, kinoteatrlarda nümayiş olunduğu iki ay ərzində bu müstəqil film fantastik nəticə göstərərək 403 milyon dollar (Şimali Amerikada 245 milyon, xaricdə 157 milyon) gəlir əldə edib.

"YouTube" məzmun yaradıcısı Karri Barkerin rejissorluğu ilə lentə alınan bu qeyri-adi romantik-fantastik film cəmi 750 min dollara ərsəyə gəlib. Ekran işi ötən il Toronto Film Festivalında "Focus Features" tərəfindən 14 milyon dollara alınıb və sensasiyaya çevrilib.

Bir çox filmlər nümayişin səkkizinci həftəsindən sonra gəlirlərini kəskin şəkildə itirsə də (və ya kinoteatrlardan ümumiyyətlə yığışdırılsa da), "Saplantı" üçün vəziyyət fərqlidir. Ekran işi 4 iyul (Müstəqillik Günü) tətili zamanı Şimali Amerikada 5,3 milyon, beynəlxalq məkanda isə 12 milyon dollar toplayaraq tamaşaçı axınını qoruyub saxlaya bilib.

"TikTok" nəsli kinoteatrlara qayıdır

Aşağı büdcəli triller may ayında Şimali Amerikada 17 milyon dollarlıq açılış etmişdi ki, bu da orijinal bir film üçün olduqca ümidverici başlanğıc idi. Ardından isə daha heyrətamiz bir hadisə baş verdi: bilet satışları dayanmadan artdı və ardıcıl dörd həftəsonu gəlirləri filmin debüt göstəricisini üstələdi.

Müsbət rəylər və "Z" nəslinin böyük coşqusu "Obsession"nun bu qədər sevilməsinə səbəb olub. Filmin süjet xətti sevdiyi qız Nikkinin qəlbini fəth etmək üçün Faustsayağı bir müqavilə bağlayan ümidsiz romantik Ayının – Bearın ətrafında cərəyan edir.

Bu film, eləcə də "A24" studiyasının digər bir sürpriz hiti olan "Backrooms" (rejissor: "YouTuber" Keyn Parsons – qlobal gəliri 347 milyon dollar) gənclərin böyük ekrana o qədər də maraq göstərməməsi ilə bağlı formalaşmış stereotipləri darmadağın etdi. Məlum oldu ki, "TikTok" nəsli də kinoya getmək istəyir.

İstehsalçıdan gələcəyə baxış

Hər iki filmin ərsəyə gəlməsində iştirak edən "Blumhouse-Atomic Monster" şirkətinin rəhbəri, tanınmış prodüser Ceyson Blum "Variety" nəşrinə verdiyi müsahibədə vəziyyəti belə şərh edib:

"Qorxu filmləri üçün olduqca spesifik, mərkəzdən uzaq fərqli zövqə malik yeni bir kinosevərlər nəsli yetişir. Kinoteatrların gələcəyi ilə bağlı çoxlu narahatlıqlar var idi, lakin bu, bizim üçün həqiqətən də yeni bir inkişaf sahəsidir".

# 840 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər