YUĞ Polşada

YUĞ Polşada
23 iyun 2011
# 11:32
Polşanın Adam Mitskeviç adına İnstitutunun əməkdaşı Qoran İnjak bu günlərdə Bakıda işgüzar səfərdə olub. YUĞ teatrında Kulis.az-a verilən məlumata görə Polşanın Adam Mitskeviç adına İnstitutunun təşəbbüsü ilə həyata keçirilən səfərin əsas məqsədi Azərbaycan teatrı ilə xüsusi tanışlıq və gələcək əməkdaşlıq üçün bazanın yaradılmasından ibarətdir. Bu səfəri uzunmüddətli intensiv qarşılıqlı əməkdaşlığın yaradılmasına yönəlmiş münasibətlərin ilk addımıdır. Qoran İnjak Bakıda olduğu müddətdə Azərbaycan teatr prosesi ilə tanış olub, Dövlət Pantomim Teatrı, Rus Dram Teatrı, YUĞ Dövlət Teatrı və digər teatrların tamaşalarını izləyib. Qonaq ilkin təhqiqat işində paytaxt teatrlarının yaradıcılıq istiqaməti, bədii-estetik səviyyəsi, fəaliyyət prinsipləri ilə tanış olub.

A.Mitskeviç adına İnstitutun əməkdaşı YUĞ Dövlət Teatrında «Mən, Məhəmməd Füzuli» səhnə divanı layihəsi çərçivəsində hazırlanan tamaşaları yüksək dəyərləndirib. Həmçinin YUĞ Teatrının yaradıcılıq metodu, «Psixosof» poetikası, teatr sənətinin çağdaş inkişaf tendensiyaları və bu kimi mövzularda kollektivlə fikir mübadiləsi aparıb.

Dünya teatr məkanına inteqrasiyanı, nabaqcıl dünya və Avropa teatrları ilə əməkdaşlığı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi qəbul edən YUĞ Dövlət Teatrı A.Mitskeviç adına İnstitutla əməkdaşlığa çox böyük önəm verir. Düşünürük ki, bu İnstitutla əməkdaşlıq YUĞ Teatrına Avropanın qabaqcıl teatr şəbəkəsinə qoşulmaq üçün yeni imkanlar açacaq.

Qoran İnjakın sözlərinə görə, cari ilin oktyabr ayında Polşanın Krakov şəhərində keçiriləcək Teatr Xadimlərinin konfransında Azərbaycan teatrları, o cümlədən YUĞ Teatrı ilə qarşılıqlı əməkdaşlıq məsələsinin konkret detalları müzakirə olunacaq.

Ramilə QURBANLI
# 1922 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər