«Evlənmə» Lənkəranda oynanılacaq
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında hazırlanmış «Evlənmə» (N.V.Qoqol) komediyası iyunun 26-da Lənkəranda oynanılacaq. Rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnə həllini tapan bu komediyada əsas rollarda xalq artistləri Şükufə Yusubova, Məleykə Əsədova, Arif Quliyev, əməkdar artist Ramiz Məmmədov, aktyorlar Qurban İsmayılov, Emma Məlikova, Çingiz Əhmədov, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Möylə Mirzəliyev, Məhərrəm Qurbanov çıxış edəcəklər.
«Yeni teatr» Respublika Teatr Festivalı çərçivəsində oynanılacaq bu tamaşa Musiqili Komediya Teatrının bu mövsümdə son qastrol tamaşası olacaq. İyunun 29-da isə kollektiv «Hərənin öz ulduzu» (S.Ələsgərov, İ.Məlikzadə) tamaşası ilə 101-ci mövsümünü yekunlaşdıracaq. Mövsümün son tamaşası əməkdar artist, sevimli gülüş ustası Elçin Həmidovun xatirəsinə həsr olunacaq.
Ramilə QURBANLI

Oxşar xəbərlər
"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar
16:10
25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?
12:00
25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu
15:30
24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?
15:00
24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
10:09
24 sentyabr 2026
"Resident evil"dən rekord
11:00
23 sentyabr 2026