Məşhur Rusiya xoreoqrafı Bakıda

Məşhur Rusiya xoreoqrafı Bakıda
10 iyun 2011
# 13:22
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dövlət sifarişi ilə hazırlanan U.Şekspirin «Romeo və Cülyetta» əsəri əsasında eyniadlı tamaşada döyüşlərin və rəqslərin qurulması üçün Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, məşhur rusiya xoreoqrafı Sergey Qrisay Bakıya dəvət olunmuşdur. Hazırda tamaşa üzərində qızğın yaradıcılıq işləri aparılır.

Məlumat üçün qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurdjidze, bəstəkarı Firudin Allahverdidir.


Əsas rollarda xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Kubra Dadaşova, Şövqi Hüseynov, Nofəl Vəliyev, Vahid Əliyev, İlqar Cahangirov, aktyorlar Günel Məmmədova, Kəmalə Hüseynova, Asya Atakişiyeva, Nicat Kazımov, Elnur Hüseynov, Qurban İsmayılov, Elşən Rüstəmov, Elnur Kərimov, Rasim Cəfərov, Mirzəağa Mirzəyev və başqaları çıxış edəcəklər.

Günel ƏSGƏRZADƏ
# 1992 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər