“Bir addım” QISA FİLM

“Bir addım” QISA FİLM
29 oktyabr 2012
# 11:57
"Bir addım" filmi Qarabağ müharibəsində gözlərini itirmiş Yusif adlı gəncin həyat hekayəsindən bəhs edir. Yusifin həyat yoldaşı Nisə ömür-gün yoldaşının göz əməliyyatına pul toplamaq üçün gecə-gündüz işləyir. Belə həyat tərzindən bezən Yusif intihar etmək qərarına gəlir. Lakin qəfil peyda olan qadın obrazında mələk onu ölümdən qurtarır və həyatda gözləri görmədən də yaşamağı ona öyrədir. Sonda Yusifin gözləri əməliyyat edilir və o yenidən işıqlı dünyasına qayıdır.

"Bir addım" qısametrajlı filmi Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran - 2008" müsabiqəsinin qalib kinolayihəsi kimi 2009-cu ildə istehsal olunub.

"İmper Qrup" Prodüser Mərkəzinin istehsal etdiyi "Bir addım" qısametrajlı bədii filmi 2010-cu il avqustun 28-29-da Ukraynanın İrpen şəhərində keçirilən və 56 ölkə təmsil olunduğu VIII Beynəlxalq "İrpen" kinofestivalının "Peşəkar" bölməsində ikinci yerə layiq görülüb.

Filmin heyəti: Rejissoru: Fariz Əhmədov, Nərgiz Bağırzadə
Ssenari müəllifi: Alina Abdullayeva, Nərgiz Bağırzadə
Operator: Tarıverdi Tarıverdiyev
Rəssam: Şahin Həsənli
Bəstəkar: Rauf Əliyev
Prodüserlər: Fariz Əhmədov, Rəşad Qasımov
Rollarda: Gülzar Qurbanova, Pərviz Məmmədrzayev, Nərminə Kərimova

# 2552 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər