Azərbaycan “Belaya Veja - 2011” teatr festivalında iştirak edəcək

Azərbaycan “Belaya Veja - 2011” teatr festivalında iştirak edəcək
5 avqust 2011
# 13:28
Sentyabrın 9-11-də Brest şəhərində keçiriləcək 16-cı Beynəlxalq “Belaya Veja - 2011. Vremya lyubit!” teatr festivalında Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı da iştirak edəcək.

Teatrın direktor müavini İlham Məmmədovun sözlərinə görə, Rus Dram Teatrının kollektivi festivalda Azərbaycanın xalq artisti Aleksandr Şarovskinin quruluş verdiyi, Elçinin “Ulduz, sevgi və şərab” əsəri əsasında hazırlanmış tamaşanı təqdim edəcək.

1996-cı ildən bəri hər il Brest şəhərində keçirilən "Belaya Veja" beynəlxalq teatr festivalı müxtəlif dünya ölkələrinin milli teatr sənətini nümayiş etdirmək, inkişaf edən klassik səhnə ənənələrini göstərmək məqsədilə təqdim olunur.

Brest festivalı rejissor, aktyor, musiqiçi, rəssam və gənc istedadlar üçün ən yaxşı işlərini tamaşaçıların mühakiməsinə təqdim etmək üçün gözəl imkanlar yaradır. 15 il ərzində "Belaya Veja" yaradıcılıq forumu beynəlxalq festivallar hərəkatında nüfuz qazanmış tədbirlərdən biridir. Bu müddətdə festivalda teatr sənətinin müxtəlif janrları və üslublarını təmsil edən 53 ölkənin yaradıcılıq kollektivi iştirak edib.
# 2133 dəfə oxunub

Oxşar xəbərlər

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

12:00 25 sentyabr 2026
Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər